
Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs elanına reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.
“Tramp dünyada bir neçə ciddi münaqişəni uğurla həll etdiyinə görə təqdir edilməlidir”, – deyə Mask bildirib.
Onun fikirləri sosial mediada birmənalı qarşılanmayıb. Bir müddətdir Tramp-Mask arasında davam edən gərginlik fonunda sözügedən paylaşım ciddi qəbul edilməyib. Hətta bəzi istifadəçilər bunu gülüşlə qarşılayıb.
Qeyd edək ki, iyulun 1-də D.Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az