Maskalanıb evdən oğurluq edənlər tutuldu – VİDEO

maskali

Bakıda maskalanıb oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxslər gecə saatlarında qəsəbə sakinlərinin birinin mənzilinə daxil olaraq 150 manat nağd pul, 7550 manat dəyərində qızıl-zinət əşyaları, 10 ədəd qol saatı və fotoaparat oğurlayıblar.

Suraxanı RPİ-nin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinənlər – axtarışda olan 35 yaşlı Vüqar Tapdıqzadə və 33 yaşlı Orxan Nəcəfov müəyyən olunaraq saxlanılıblar.

Həmin şəxslər oğurluq zamanı mənzildə olan təhlükəsizlik kameralarına düşməmək üçün onun üzərini polietilen paketlə bağlayıblar və xüsusi hazırladıqları maskalardan istifadə ediblər.

Faktla bağlı araşdırma aparılır.

5e0f948d 89f1 40b5 9775 5fb92e26f98b
f0e92999 11ea 4f94 b70c 9a49c44b14e3
maskalanib-evden-7500-manatliq-qizil-ogurladilar