“SpaceX”, “Tesla” şirkətlərinin, “X” sosial şəbəkəsinin sahibi, amerikalı milyarder İlon Mask “Telegram”ın təsisçisi Pavel Durovun “X” hesabını izləməyə başlayıb.
Globalinfo.az xəbər verir ki, Pavel Durovun “X”də sadəcə Maskı izləməsi isə diqqət çəkib.
Durovun “X”da 2,6 milyon izləyicisi var.
Xatırladaq ki, P.Durov Fransada polis tərəfindən saxlanılarkən İlon Mask intensiv şəkildə onun azad olunması ilə bağlı çağırışlar edib. O, “X”dakı paylaşımlarında Paris prokurorluğunun həbs qərarını pisləyib.