Amerikalı milyarder İlon Mask İspaniya Baş nazirini “tiran” adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Guardian” nəşri yazıb.
Bildirilib ki, səbəb baş nazirin 16 yaşdan kiçik uşaqlara sosial mediadan istifadəsini qadağan etmək planı olub.
“Baş nazir Pedro Sançez hökumətin 16 yaşdan kiçik uşaqlar üçün sosial media qadağası da daxil olmaqla bir sıra tədbirlər hazırladığını bildirib. O, uşaqları “rəqəmsal vəhşi qərb”dən qoruyacağını deyib, texnologiya şirkətlərini nifrət dolu və zərərli məzmuna görə məsuliyyətə cəlb edəcəyini vəd edib. “Sosial media qanunları qulaqardına vurur və cinayətlərə dözümlülük göstərir, təcili tədbirlər görülməlidir”, – deyə Sançes vurğulayıb.
İlon Mask cavab olaraq “X”də yazıb: “Çirkli Sançes tirandır və İspaniya xalqına qarşı xaindir”. Təxminən bir saat yarım sonra o, yenidən baş naziri hədəf alıb: “Sançes əsl faşist totalitardır”, – deyə nəşr qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az