Prezident seçkilərində ona səs verməyəcəyəm – Mask

Amerikalı iş adamı İlon Mask prezident seçkilərində hazırkı prezident Co Baydenə səs verməyi planlaşdırmadığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, sahibkar Ağ Evin hazırkı sahibini dəstəkləmədiyini yazıb.

O, 2020-ci il seçkilərində Baydenə səs verdiyini, bu dəfə fərqli seçim edəcəyini vurğulayıb.