Maşından benzin oğurladı, kameraya düşdü – Anbaan video

Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində avtomobillərdən səsgücləndiriciləri oğurlayan, benzin çəkib aparan şəxs peyda olub.

Globalinfo.az bildirir ki, Baku.ws-in “qaynar xətti”nə daxil olan məlumata görə, qəsəbədə belə hallar dəfələrlə təkrarlanıb.

Maraqlısı budur ki, maşınlara qənim kəsilən şəxs artıq təhlükəsizlik kameralarına belə, məhəl qoymur.

Şikayətçinin sözlərinə görə, hadisə ilə bağlı Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edilib.

Oğurluğun anbaan görüntülərini təqdim edirik: