
Sumqayıtda avtomobilin içərisində yanaraq, ölən şəxs narkotik istifadəçisi imiş.
Globalinfo.az TNS-ə istinadla xəbər verir ki, avtomobili yandıran şəxs 1985-ci il təvəllüdlü Fikrət Həsənli narkotik aludəçisi olub və tüfeyli həyat tərzi keçirib.
Bir ay əvvəl Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindəki mənzillərdən birinə kirayə köçən F.Həsənli əsasən, gecə saatlarında yaşadığı evi tərk edib, küçələrdə gəzirmiş. Yanvarın 12-də saat 04:00 radələrində otaq yoldaşlarının birinin mobil telefonunu da götürüb evdən çıxıb. Saat 06:00 radələrində küçədə Rusif Nəzərova məxsus avtomobilin şüşəsini qıraraq maşına daxil olub. O, avtomobilin ön oturacağına od vuraraq maşının içərisində oturub. Nəticədə F.Həsənli avtomobillə birlikdə yanıb. Avtomobildəki yanğın söndürülərkən onun yanmış meyiti aşkarlanıb.
***10:33
Yanvarın 12-nə keçən gecə Sumqayıtın Kimyaçılar qəsəbəsində avtomobildən yanmış kişi meyiti tapılıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aparılan araşdırmalarla “Kia Sorento” markalı avtomobildə meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənli olduğu müəyyən edilib.
Avtomobilin sahibi həmin şəxsi əvvəldən tanımadığını bildirib.
O, həmçinin qeyd edib ki, avtomobilini evin qarşısında saxlayıb və gecə yanığın xəbərinə küçəyə çıxıb. Bu zaman maşının salon hissəsində yanğın baş verdiyini görüb.
Ölən şəxsin cinayət qurbanı olması və ya özünün hər hansı başqa niyyətlə maşına daxil olması nəticəsində ölməsi versiyaları araşdırılır.
Hazırda prokurorluq tərəfindən zəruri ekspertizalar təyin edilib.