Maşın vurulan piyadanı metrlərlə kənara tulladı – Anbaan video

Paytaxtın Heydər Əliyev prospektində bir müddət əvvəl baş vermiş piyadavurma hadisəsinin görüntüləri yayılıb.

Globalinfo.az avtosfer.az-a istinadən bildirir ki, orta yaşlı qadın yolu piyadalar üçün təyin olunmamamış yerdən keçməyə çalışıb. O, bir müddət yolun ortasında dayanıb. Ardınca qaçaraq keçməyə çalışsa da, sürətlə gələn avtomobil onu vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib.

Həmin görüntüləri təqdim edirik: