IMG 20241129 WA00913

Xəbər verdiyimiz kimi, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verib.

Uçqun nəticəsində 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlu vəfat edib, onun meyiti dağıntı altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Uçqun nəticəsində 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qonşuların məlumatına görə, maklerlərə sürüşmə zonası olan ərazidə ev tikməməklə bağlı xəbərdarlıq ediblər. Lakin onlara məhəl qoyulmayıb, nəticədə faciə baş verib.

Qeyd edək ki, ərazi sürüşmə zonasıdır və faciə baş verən bir neçə fərdi ev maklerlər tərəfindən tikilirmiş.

Hədisə yerindən foto və videoları təqdim edirik:

IMG 20241129 WA0082 IMG 20241129 WA0083 IMG 20241129 WA00821 IMG 20241129 WA0090 IMG 20241129 WA0092

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: