Masazır qəsəbəsində 2 nəfərin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***14:13
Masazırdakı qətlə bağlı yeni təfərrüat məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı qətli törədən şəxs Nuranə İsgəndərlinin boğazını kəsib.
Daha sonra isə o, hadisəni görən Pərişan Süleymanovaya da 15 bıçaq zərbəsi vurub.
Masazırda iki qadını qətlə yetirən şəxs xanımlardan birinin sevgilisi olub.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, 1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İsgəndərli bir müddət əvvəl qətlə yetirildiyi evə köçübmüş. O bir nəfər kişi ilə qeyri-rəsmi ər-arvad kimi həmin evdə yaşayırmış. Dünən axşam saatlarında onlar arasında dava olub.
Bu gün səhər saatlarında qadınla sevgilisi arasında yenidən dava düşüb və qadın Xırdalan şəhərində yaşayan xalası qızı, 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanovaya zəng vurub. Qadın ondan kömək istəyib.
P.Süleymanova onların yaşadığı ünvana gələndə kişinin Nuranəni qətlə yetirdiyini görüb.
Həmin şəxs Nuranəyə köməyə gələn Pərişanı da qətlə yetirib və hadisə yerindən qaçıb.
X X X
Masazırda qətlə yetirilən qadınlarla bağlı yeni detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, onlar xalaqızı olublar.
Bildirilib ki, qətlə yetirilən şəxslər bir ay əvvəl Masazıra köçərək, burada kirayə qalıblar.
***13:34
Masazırda evdə qətlə yetirilən şəxslərin kimlikləri bilinib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və 1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İsgəndərli qətlə yetiriliblər.
***12:41
Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.
Globalinfo.az bildirir ki, “Report”un Sumqayıt–Abşeron bürosunun əldə etdiyi məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 39 və 30 yaşlı iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.
Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.