Masazırda 28 yaşlı qadın itkin düşüb – FOTO / VİDEO

Abşeron rayonu Masazır qəsəbəsində 28 yaşlı qadın itkin düşüb.

Globalinfo.az xəbər verir ki, Sona adlı qadın iyulun 30-u səhər saatlarında evdən çıxaraq Vulkan dağı istiqamətdə hərəkət edib, sonradan yolunu itirib.

Əynində boz açıq rəngli qolsuz köynək, qara şalvar olub. Ağzını qara rəngli şarfla bağlayıb. Görən, xəbər verən şəxsi böyük mükafat gözləyir.

Qeyd edək ki, Sona əqli qüsurludur, adətən, danışıq ünsiyyəti qurmur.
Əlaqə: 051 671 77 22, 055 233 35 37