
Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, martın 24-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində “Opel” və “Toyota” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində “Toyota” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun ehtiyat hissəsində piyada hərəkət edən 59 yaşlı Camal Ağayevi vurub. Ağayev aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
18:45
Masallıda yol qəzası olub.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Ərçivan-Bədəlan kənd yolunda baş verib.
“Opel” markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Hadisə nəticəsində sürücü xəsarətlər alıb. O, deformasiyaya uğrayan maşından çıxarılıb və xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma gedir.