Masallıda qətl: Mübahisə qanla bitdi – TƏFƏRRÜAT

Masallıda baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qətl hadisəsi kənd ərazisində yerləşən yeməkxanaların birində baş verib.

Belə ki, Rusiyada yaşayan və Rusiya vətəndaşı olan Seymur Alişanov vətənə dönüb.

Aralarında yaranan mübahisəyə aydınlıq gətirmək üçün Aslan Ağazadə Seymurun olduğu yeməkxanaya gəlib.

O, özü ilə gətirdiyi ov tüfəngi ilə Seymura atəş açaraq onu qətlə yetirib.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

***

Mayın 20-də saat 20 radələrində Masallı rayonunun Şıxlar kəndi ərazisində rayonun Qasımlı kənd sakini, 1971-ci il təvəllüdlü Seymur Alışanovun ov silahı və kəsici alətlə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən həmkəndlisi, 1994-cü il təvəllüdlü Aslan Ağazadə saxlanılıb.

Hadisə şəxsi münaqişə zəminində baş verib. Araşdırma aparılır.