Masallıda itkin düşən 17 yaşlı qız Bakıda tapıldı

Masallıda itkin düşən 17 yaşlı qız tapılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, oktyabrın 25-də işlədiyi gözəllik salonundan çıxaraq itkin düşən 2005-ci il təvəllüdlü Yeganə Hacıyeva polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhərində müəyyən edilərək tapılıb.

17 yaşlı qız ailəsinə təhvil verilib.