Masallıda ev yandı, 80 yaşlı kişi xəsarət aldı – Hadisənin ilkin SƏBƏBİ

Masallının Xırmandalı kəndində yanğın zamanı ev sahibi, 80 yaşlı Cəfərov Fazil Alışan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki,, zərərçəkən boyun nahiyəsi, kürək və əllərin yanıq xəsarətləri ilə təcili tibbi yardım avtomobili ile Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin məlumata görə, yanğına odun sobasının alışması səbəb olub.

Qeyd edək ki, Fazil Cəfərov evdə tək yaşayır.

***

Masallı rayonunun Xırmandalı kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin (arakəsmə divarları taxta konstruksiyalardan ibarət) 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Globalinfo.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.