baba neve

Xəbər verdiyimiz kimi, Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində baba və nəvəsi yanaraq ölüb. Yanğın yerinin müayinəsi zamanı 1967-ci il təvəllüdlü Camələddin Həsənağa oğlu Abdullayevin və 2024-cü il təvəllüdlü Məhərrəm Mehman oğlu Məmmədzadənin meyiti aşkar edilib.

Globalinfo.az “Manset.az”a istinadla xəbər verir ki, yanğının bəzi detalları məlum olub. Yanğın zamanı uşağın anası işdə, nənəsi isə qonşuda olub.

Məhərrəm Məmmədzadənin atası ilə anası boşandıqları üçün onlar babasının evində yaşayırmış.

Yanan uşağın böyük bacısı, 2012-ci il təvəllüdlü qız isə hadisə baş verən vaxt məktəbdə olub.

***15:41

Bu gün Masallının Qızılağac kəndində baş vermiş faciəvi hadisənin təfərrüatları məlum olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisənin baş verdiyi ev Seyid Mirhəsən Ağa (1868-İsfahan -1955- Qızılağac) ocağı kimi də tanınır.

Bildirilib ki, hadisə vaxtı Seyid Mirhəsən Ağanın nəvəsi 1967-ci il təvəllüdlü Abdullayev Camələddin Həsənağa oğlu evin yandığını görüb və 2 yaşlı nəvəsi Məmmədzadə Məhərrəm Mehman oğlunu xilas etmək üçün yanan mənzilə daxil olub. Bu zaman alov daha da şiddətlənib və taxta konstruksiyaları tamamilə əhatəyə alıb. Nəticədə nəvə və onu xilas etmək üçün evə girən babası yanaraq vəfat ediblər.

Hadisə yerinə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri gəliblər.

***15:22

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Qızılağac kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən bir birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın söndürülüb.

Yanğın nəticəsində bir-birinə bitişik taxta konstruksiyalardan ibarət ümumi sahəsi 50kv.m. olan birmərtəbəli birotaqlı evin və ümumi sahəsi 75kv.m. olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin müayinəsi zamanı 1967-ci il təvəllüdlü Abdullayev Cəmallədin Həsənağa oğlunun və 2024-ci il təvəllüdlü Məmmədzadə Məhərrəm Mehman oğlunun meyiti aşkar edilib.

Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Masallı rayonunda yanğın hadisəsi baş verib. 

Globalinfo.az bildirir ki, “Unikal”ın məlumatına görə, hadisə rayonun Qızılağac kəndində fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, 200 kvadratmetrlik evdə qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Abdullayev Camələddin Həsənağa oğlu və onun 2024-cü il nəvəsi Məmmədzadə Məhərrəm Mehman oğlunun yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Masallıda dəhşət - Baba və nəvəsi yanaraq öldü (FOTOLAR) Masallıda dəhşət - Baba və nəvəsi yanaraq öldü (FOTOLAR) Masallıda dəhşət - Baba və nəvəsi yanaraq öldü (FOTOLAR)

Paylaş: