Estoniya xarici işlər naziri Marqus Tsaxna oktyabrın 22-də Azərbaycana səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Tsaxna iqtisadi əlaqələri gücləndirmək, qlobal təhlükəsizlik məsələlərini müzakirə etmək və Ermənistan-Azərbaycan sülh prosesinə dəstəyini ifadə etmək üçün Estoniya biznes nümayəndə heyəti ilə Azərbaycana səfər edəcək.

***18:00

Estoniya xarici işlər naziri Marqus Tsaxna Azərbaycana səfərə gəlir.

Globalinfo.az xəbər verir ki, Marqus Tsaxna sabah Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək.

Paylaş: