Simonyan uşaqların kütləvi ölümünə görə ittiham edilir

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) “Rossiya Seqodnya” media qrupunun və “RT” telekanalının rəhbəri Marqarita Simonyana qarşı qiyabi şəkildə yeni ittihamlar irəli sürüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Teleqram kanalında paylaşım edilib.

Məlumata görə, erməni əsilli rusiyalı jurnalist “soyqırıma çağırış”, Ukraynaya qarşı döyüşən şəxsləri təqdir etmək, “müharibə təbliğatı”, hərbi əməliyyatlara haqq qazandırmaqda ittiham olunur.

Kiyev Marqarita Simonyanı həmçinin 2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı çağırış etməkdə günahlandırır.

SBU Simonyanın Ukraynaya qarşı keçirilən əməliyyatlara ilk dəstək verənlərdən biri olduğunu qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az