Markedonov: “Sərhədin delimitasiyası münaqişəsinin tam həlli üçün…”

“Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələsində sənəd və sülh anlayışlarını bir-birindən ayırmaq lazımdır”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

“Bakı və İrəvan nümayəndələri “Delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə” imzaladılar. Ancaq sərhədin delimitasiyası və demarkasiyası Ermənistan-Azərbaycan münaqişəsinin tam həllinə zəmin yaratmır. Dövlətlərarası sərhədlərə əlavə olaraq, şəxsiyyət məsələləri də vəhdət təşkil etməlidir. Üstəlik, müharibənin olmaması və ikitərəfli münasibətlərin yeni gündəliyə keçməsi kimi anlayışları aydın şəkildə ayırmaq lazımdır”, – deyə ekspert vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az