libbi 0

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi həyat yoldaşı ilə Bakının görməli yerlərinə səfərlərini davam etdirir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin “X” hesabında paylaşım edilib.

“Bu həftəsonu mən Danuşiya ilə birlikdə Bakı şəhərinin görməli yerlərini kəşf etməyə davam edərkən Ayna Sultanova heykəlini və Atatürk parkını ziyarət etdim. Yol boyu pişik Məstanla tanış olmaq da xoş idi!”, – deyə səfir qeyd edib.

Paylaşımda, həmçinin Bakıda çəkilən fotolar da yer alıb.

Xatırladaq ki, o, bundan əvvəl həyat yoldaşı ilə birlikdə Zeynalabdin Tağıyevin keçmiş sarayında yerləşən Milli Tarix Muzeyini ziyarət edib.

424550672 790944063074004 1371287740590933934 n
424532949 790944053074005 3147469681941875178 n
424524048 790944006407343 2822168549132233502 n

Paylaş: