Maradonanın ölümü haqda sensasion iddia – Oğlu danışdı

Əfsanəvi futbolçu Dieqo Maradonanın öldürüldüyü bildirilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə oğlu kiçik Dieqo Armando Maradona məlumat verib.

“Biz Argentina ədalətinə inanırıq. Atamı öldürüblər. Bunu kimin etdiyini tapmaq mənim işim deyil. Mənim bu mövzuda öz fikirlərim var, lakin onları səsləndirə bilmərəm”, – o bəyan edib.

Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib.

(Oxu.az)