MAQATE rəhbəri Rusiya və Ukraynaya gedir: “Yaxın 10 gün ərzində…”

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi yaxın 10 gün ərzində Rusiya və Ukraynaya səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tass” məlumat yayıb.

Məlumata görə, MAQATE rəhbəri Zaporojye, Kiyev və Rusiyaya səfər etmək niyyətində olduğunu açıqlayıb. O, bu barədə BMT Təhlükəsizlik Şurasındakı çıxışında bildirib.

Qrossi  Zaporojye atom elektrik stansiyasındakı vəziyyətlə bağlı səfərini reallaşdırmaq istədiyini dilə gətirib:

“Mən Zaporojyeyə qayıtmağı planlaşdırıram. Yaxın 10 gün ərzində orada, həmçinin Kiyev və Rusiyada olacam”, – deyə Qrossi fikirlərini tamamlayıb.

Əliyar Xəlil,

Globalinfo.az