Mançini ərəblərin fantastik təklifinə “hə” dedi

İtaliya millisinin baş məşqçisi postundan ayrılan Roberto Mançininin yeni iş yeri müəyyənləşdirib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı yığmasını çalışdıracaq. O, ərəblərlə üç illik müqavilə imzalayacaq. Mütəxəssis yeni iş yerində ümumilikdə 120 milyon avro qazanacaq.

Xatırladaq ki, 2018-ci ildən İtaliya yığmasını çalışdıran Roberto Mançini yerli futbol federasiyasının prezidenti Qabriel Qravina ilə fikir ayrılığına görə ötən gün yığmadakı işindən ayrılıb.