“Mançester Yunayted” Ronaldu ilə müqaviləyə xitam verdi

“Mançester Yunayted” klubu hücumçusu Kriştianu Ronaldunun müqaviləsinə xitam verib.

Globalinfo.az xəbər verir ki, bu barədə klubun saytından bildirilib.

Qeyd olunub ki, portuqaliyalı futbolçu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verildikdən dərhal sonra o, komandadan ayrılıb.

37 yaşlı forvard bu yaxınlarda verdiyi müsahibədə “Mançester Yunayted”in ona xəyanət etdiyini söyləyib.