Malayziyada təyyarə motosikletə və avtomobilə çırpıldı: Ölənlər var – FOTO / VİDEO

Malayziyada kiçik mühərrikli “Beechcraft Model 390” sərnişin təyyarəsi Elmina qəsəbəsi yaxınlığında magistral yola düşüb. 

“Unikal” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Daha sonra təyyarə avtomobil və motosikletə çırpılıb. Nəticədə azı 10 nəfər həlak olub.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

Malayziyada kiçik şəxsi təyyarə qəzaya uğrayıb.

Selanqor polis rəisi Hüseyn Ömər Xanın sözlərinə görə, təyyarə idarəetmə qülləsi ilə əlaqəni itirib:

“Hər hansı təcili çağırış olmayıb, təyyarə eniş icazəsi alıb”.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Ölkənin Mülki Aviasiya İdarəsindən bildirilib ki, təyyarə Lanqkavi kurort adasından havaya qalxaraq paytaxt Kuala-Lumpur yaxınlığındakı Selanqorun Sultan Əbdül Əziz Şah hava limanına doğru istiqamət götürübmüş.