Malatyada dağıntılar altından 3 nəfər belə xilas edildi – VİDEO

Türkiyənin Malatya şəhərində bu gün baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində dağılan binanın altında qalan 3 nəfər sağ-salamat xilas edilib.

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağıntılar altında qalan ata Əziz, qızı Ayşə və 70 yaşlı bir kişi 2 saat xilas etmə işlərindən sonra çıxarılıblar.

Onlar ilkin müayinədən sonra xəstəxanaya aparılıblar.