Fransa Prezidenti Emmanuel Makronun İstr şəhərində hərbçilər qarşısında çıxışı zamanı gözündə qan müşahidə olunub.
Globalinfo.az-ın xəbərinə görə, hadisə sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Prezident çıxışı zamanı vəziyyətin ciddi olmadığını bildirib və bunu “pələngin gözü” ifadəsi ilə izah edib. Bununla belə, internet istifadəçiləri müxtəlif fərziyyələr irəli sürərək gözün qızarmasının zərbə nəticəsində ola biləcəyini iddia ediblər.
Məsələ ilə bağlı oftalmoloq Vyaçeslav Kurenkov bildirib ki, bu halın ən real səbəbi sadə fizioloji amillərdir. Onun sözlərinə görə, allergiya, quru hava, stress, yorğunluq və yuxusuzluq subkonyunktival qanaxmaya, bu isə göz damarının partlamasına səbəb ola bilər.
O vurğulayıb ki, infeksiya və ya insult ehtimalı çox aşağıdır və belə hallar fərqli klinik mənzərə ilə müşahidə olunur. Kurenkov əlavə edib ki, intensiv iş qrafiki, uzun danışıqlar və televiziya kameralarının parlaq işıqları da bu cür vəziyyətlərə yol aça bilər.
Globalinfo.az
Tahir Turan