Makronu Napoleonun taleyi gözləyir – Narişkin Fransanı hədələdi

“Fransa artıq Ukraynaya 2 min əsgər göndərməyə hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin deyib.

“Rusiya tərəfində məlumat var ki, Fransa artıq Ukraynaya göndəriləcək hərbi kontingenti hazırlayır. İlkin mərhələdə təxminən 2 min nəfər göndəriləcək. Ölkənin hazırkı rəhbərliyi sadə fransızların həyatı və generalların narahatlığı ilə maraqlanmır”, – Narışkin qeyd edib.

Xarici Kəşfiyyat Xidməti rəhbərinin sözlərinə görə, Fransa hərbçiləri belə bir əhəmiyyətli bölmənin gizli şəkildə Ukraynaya köçürülməsinin və orada yerləşdirilməsinin mümkün olmayacağından  narahatdır. 

“Beləliklə, Ukraynaya yerləşdirilən Fransa qüvvələri Rusiya ordusunun qanuni hədəfinə çevriləcək. Bu, o deməkdir ki, həmin qüvvələr indiyədək Rusiya ərazisinə qılıncla hücum edən fransızların taleyini yaşayacaq”, – Narışkin vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az