Makronla Ərdoğanın hərəkətləri gündəm oldu – VİDEO

543488Image1

Albaniyanın Tirana şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makron arasında yaşananlar gündəm olub. 

Globalinfo.az xəbər verir ki, Makron Ərdoğanın əyləşdiyi yerə yaxınlaşaraq onunla salamlaşıb.

Daha sonra Türkiyə prezidenti əlini onun əlinin üzərində qoyub, Makron da eyni şəkildə əlini Ərdoğanın əli üzərinə gətirib. Lakin bundan sonra olanlar maraqla qarşılanıb Belə ki, Türkiyə lideri Fransa prezidentinin barmaqlarından tutub, Makron nə qədər əlini geri çəkməyə çalışsa da, Ərdoğan buna icazə verməyib və sakitcə onu izləyib. Liderlər qısa müddət eyni şəkildə qalıblar. Daha sonra Türkiyə prezidenti onun əlini buraxıb və onlar gülüblər.

Türkiyə KİV yazır ki, Makron bu şəkildə bir növ psixoloji üstünlük qurmağa çalışıb, lakin alınmayıb.

Görüntüləri təqdim edirik:

Əliyar Xəlil
Globalinfo.az