Fransa Rusiyanın aktivlərindən əldə etdiyi gəlirlərdən Ukraynaya 195 milyon avro hərbi yardım edəcək.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu “La Tribun” nəşrinə müsahibəsində deyib.
“Əlavə yardım Ukraynanın “Mirage-2000” çoxməqsədli qırıcıları üçün 155 mm-lik mərmilərlə yanaşı, AASM bombalarının tədarükünə imkan verəcək”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, Qərb ölkələri Rusiyanın 300 milyard dollarlıq aktivlərini dondurub. Lakin onlar bu fondlardan yalnız 3,2 milyard dollarlıq illik gəlir əldə edə bilirlər.
Əliyar Xəlil
Globalinfo.az