makron 0

Fransa ölümcül xəstə vətəndaşlar üçün evtanaziyanın qanuniləşdirilməsi məsələsi ilə bağlı ümumxalq referendumunun keçirilməsini təklif edib.

Globalinfo.az xəbər verir ki, bunu ölkə prezidenti Emmanuel Makron açıqlayıb.

“Bununla da, vətəndaşlar müvafiq qanunvericiliyə uyğun olaraq, gələcəklərini özləri müəyyən edə biləcəklər”, – deyə o bildirib.

Lakin sözügedən qanun layihəsi hökumət nümayəndələri ilə yanaşı, cəmiyyətdə də narazılıq yaradıb.

Ölkənin daxili işlər naziri Bruno Retalleau qeyd edib ki, yenilik sui-istifadəyə səbəb ola bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: