Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan arasında sülh sazişinin yaxın vaxtlarda imzalanacağına ümid etdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Kopenhagendə jurnalistlərə açıqlama verib.
Makron gün ərzində həm Ermənistanın Baş naziri Nikol Paşinyan, həm də Azərbaycan Prezidenti İlham Əliyev ilə danışdığını vurğulayıb:
“Bu gün səhər Baş nazir Paşinyanla, günortadan sonra isə Prezident Əliyevlə görüşdüm. Ümid edirik ki, paraflamadan sonra regionda tam normallaşma və digər qonşu ölkələrlə münasibətlərin qurulması üçün bütün lazımi addımlar atılacaq”.
Tahir Turan
Globalinfo.az