Makron üzr istədi

Fransa Prezidenti Emmanuel Makron Şərqi Avropa ölkələrindən üzr istəyib.

Globalinfo.az xəbər verir ki, Makron bu addımı Bratislavadakı GLOBSEC forumunda atıb. Belə ki, o, Şərqi Avropa ölkələrinin Rusiya aqressiyası barədə Ukrayna savaşından öncə xəbərdarlıq edəndə onlara böyük diqqət ayırmadığını və bunun yanlış olduğunu etiraf edib. Avropa Birliyinin şərq və qərb ölkələri arasında fikir ayrılığını nəzərdə tutan Makron Avropanın köhnə və yeni deyə iki yerə bölünməməsi gərəkdiyini söyləyib.

İlkin Həsənov
Globalinfo.az