Fransa Prezidenti Emmanuel Makron Belarus lideri Aleksandr Lukaşenkoya Ukrayna müharibəsi ilə bağlı çağırış edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ua.news” nəşri məlumat yayıb.
Makron Lukaşenkonu Ukraynaya qarşı müharibəyə birbaşa müdaxilə etməməyə səsləyib.
AFP agentliyinin yaydığı məlumata görə, Fransa prezidenti eyni zamanda Belarusla Avropa arasında münasibətlərin normallaşdırılması üçün addımların atılmasının vacibliyini vurğulayıb.
Məlumata əsasən, tərəflər arasında regional təhlükəsizlik və Avropa ilə münasibətlərin gələcəyi də müzakirə olunub.
Tahir Turan
Globalinfo.az