Makron hökumətdə dəyişikliklər etdi

Fransa Prezidenti Emmanuel Makron hökumətdə dəyişiklik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Bildirilir ki, Makron Fransanın təhsil və səhiyyə nazirlərini dəyişib. Belə ki, baş nazir Elizabet Born kabinetinin aparat rəhbəri Orellan Russo Fransanın yeni səhiyyə naziri təyin olunub. Təhsil naziri vəzifəsi isə maliyyə nazirinin keçmiş müavini Qabriel Attala həvalə olunub.