Makron “İslam Dövləti-Xorasan”dan danışdı

“İslam Dövləti-Xorasan” qruplaşması son aylarda Fransada bir sıra hücumlar həyata keçirməyə cəhd edib”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Bu qruplaşma son bir neçə ayda ölkəmizin ərazisində hücum həyata keçirməyə çalışıb. Terror törədənləri tez bir zamanda tapmaq və İŞİD-də qarşı effektiv mübarizə aparmaq lazımdır”, – Makron bildirib.

Qeyd edək ki, Fransa Moskva vilayətindəki “Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı Yelisey sarayında təşkil edilmiş Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasından sonra ölkədə terror təhlükəsi səviyyəsini ən yüksək səviyyəyə qaldırıb.

Ayşən Mustafa
Globalinfo.az