Makron İran-İsrail gərginliyindən danışdı

“İranın İsrailə qarşı misli görünməmiş hücumunu şiddətlə qınayıram”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.

O, İsrail ictimaiyyəti ilə həmrəy olduğunu bildirib.

Bundan başqa Fransanın İsrailin, onun tərəfdaşlarının təhlükəsizliyinə və regional sabitliyə sadiqliyini qeyd edib:

“Fransa gərginliyi azaltmaq üçün tərəfdaşları ilə birgə çalışır və onları təmkinli olmağa çağırır”.

Zaira Akifqızı
Globalinfo.az