1771089821 e44c130634f26d1edf4fdddb3ce1b61c

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət Nazirliyi yayıb.

Bildirilib ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru vəzifəsinə təyinat olub.

Mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mustafa Aşurov ansambla direktor-baş dirijor təyin edilib.

Mustafa Aşurov son təyinatadək Beynəlxalq Muğam Mərkəzinin nəzdindəki Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.

Paylaş: