Fələstin hökumətinin yeni tərkibi təsdiqləndi

Fələstin Prezidenti Mahmud Abbas Məhəmməd Mustafanın başçılığı ilə yeni hökumətin tərkibini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.

Baş nazir Məhəmməd Mustafa hökumətin iş proqramını və hökumət kabinetində təmsil olunacaq nazirlərin siyahısını Mahmud Abbasa təqdim edib. Fələstin Milli Administrasiyasının rəhbəri təqdim olunan sənədlərlə tanış olub  19-cu hökumətə etimad haqqında sərəncam imzalayıb və onun yaradılmasını təsdiq edən fərman imzalayıb.

Yeni hökumət kabineti martın 31-də prezident qarşısında and içəcək.

Mustafanın özü Baş nazir postu ilə yanaşı, xarici işlər naziri vəzifəsini də tutacaq.