whatsapp image 2024 04 08 at 152019

Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyinə yeni seçkilər keçirilib.

Globalinfo.az xəbər verir ki, uzun illər federasiyada prezident vəzifəsində çalışan, eyni zamanda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti olan Mahir Məmmədov səsvermə nəticəsində dörd il müddətinə AŞF-nin prezidenti seçilib.

Faiq Həsənov federasiyanın birinci vitse-prezidenti, Yaqub Hüseynov və Bəxtiyar Məmmədov isə vitse-prezident seçiliblər.

Azərbaycan Şahmat Federasiyasının prezidenti və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqləniblər.

Paylaş: