Mahir Emrelinin komandası qələbə qazandı

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin heyətində yer aldığı “Konyaspor” klubu növbəti qələbəsini qazanıb.

Globalinfo.az xəbər verir ki, “Konyaspor” səfərdə “Kasımpaşa”ya 2:1 qalib gəlib. Mahir Emreli 39-cu dəqiqədə R.Muriçin əvəzinə oyuna daxil olub.

Bu qələbə ilə xal 42-yə çatdıran “Konyaspor” 8-ci pilləyə yüksəlib.