Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunun heyətində növbəti qolunu vurub.
Globalinfo.az xəbər verir ki, hücumçu Xorvatiyada “Hayduk”a qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda fərqlənib.
Forvard 27-ci dəqiqədə meydan sahiblərini məyus edib. Hazırda matçda hesab bərabərdir – 1:1.
Xatırladaq ki, Mahir Emreli iyulun 17-də “Rakuv”a keçib. Bu, onun yeni komandasında üçüncü qoludur.