Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırıldı – SƏBƏB

Türkiyə Superliqasında çıxış edən “Konyaspor” klubunun üzvü Mahir Emreli zədəli olduğu üçün Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edə bilməyəcək.  

Globalinfo.az  xəbər verir ki, bu barədə AFFA-nın rəsmi sayı məlumat yayıb.

Məlumata görə, M.Emrelinin millimizin Avro-2024-ün seçmə mərhələsi çərçivəsində bu ay keçirəcəyi oyunlarda da iştirakı mümkün olmayacaq.

Xatırladaq ki, Azərbaycan millisi martın 24-də Avstriya, 3 gün sonra isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.