Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın II Bundesliqasında mübarizə aparan “Kayzerslautern” ilə danışıqlara başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə alman mediası məlumat yayıb.
Dördqat Almaniya çempionu “Kayzerslautern”in Mahiri heyətində qatmaqda maraqlı olduğu bildirilir.
Qeyd edək ki, M.Emreli tezliklə hansı kluba keçmək istədiyi barədə açıqlama verəcək.
Əliyar Xəlil
Globalinfo.az