Mahaçqala hava limanında iğtişaş: bir polis ölüb, sərnişinlər…

İsraildən Dağıstana gedən təyyarədə iğtişaşlar zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Tsvi məlumat verib.

Mahaçqala hava limanının hüquq işləri üzrə baş direktor müavini Mədinə Pirmaqomedova açıqlamasında bildirib ki, Mahaçqala hava limanında baş vermiş iğtişaşlar zamanı yaralanan polis əməkdaşlarından biri dünyasını dəyişib.

“Ölən polisin başına daş dəymişdi”, – deyə o bildirib.

Qeyd edək ki, qarşıdurmalarda polislər xəsarət alıb, həbs olunanlar var.