6a5678b5a0a1d6a5678b5a0a1e17840518936a5678b5a0a1b6a5678b5a0a1c 3

Bu gün Bülbül adına orta ixtisas musiqi məktəbində magistratura səviyyəsinin 68 nömrəli (musiqi sənəti istiqaməti) proqramı üzrə qabiliyyət imtahanı təşkil olunub.

Bu barədə Globalinfo.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, qrafikə əsasən, 70 nömrəli (təsviri sənət) proqramı üzrə qabiliyyət imtahanı iyulun 17-də, 69 nömrəli (teatr, kino və xoreoqrafiya) proqramı üzrə isə iyulun 19-da keçiriləcək.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları ilə bağlı ətraflı məlumat “Abituriyent” jurnalının 2026-cı ildə nəşr olunan xüsusi buraxılışlarında yer alıb.

Paylaş: