licensed image

Macarıstanlı müxalif siyasətçi Peter Madyar ölkənin yaxın günlərdə enerji böhranı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə hesabında məlumat yayıb. Madyar bildirib ki, Dunay çayında suyun səviyyəsinin rekord həddə enməsi səbəbindən Paks Atom Elektrik Stansiyasının 44 ildən sonra ilk dəfə tam dayandırılması riski yaranıb.

Madyarın sözlərinə görə, vəziyyət dəyişməzsə, 3 avqustdan etibarən ölkədə enerji böhranı başlaya bilər.

O bildirib ki, daha ciddi nəticələrin qarşısını almaq üçün aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti və vətəndaşların məsuliyyətli davranışı vacibdir.

Tahir Turan
Globalinfo.az

Paylaş: