Maduro 900x572 2

“Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsindən sonra ölkənin gələcəyi ilə bağlı qərarları ABŞ verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Vaşinqton Maduronun yerini başqa bir şəxsin tutmasına risk edə bilməz. Tramp vurğulayıb ki, ABŞ Venesuelada hakimiyyət boşluğunun yaranmasına və bunun nəzarətsiz şəkildə doldurulmasına yol verməyəcək.

“Biz risk edib Maduronun yerini kiminsə tutmasına imkan verə bilmərik. Məhz buna görə, indi qərar qəbul edirik. Bu prosesdə çox fəal şəkildə iştirak edəcəyik”, — deyə Tramp vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: