1767617786860088 zhrurqan

Venesuela Prezidenti Nikolas Maduro Nyu-York məhkəməsində keçirilən dinləmədə ittiham aktı ilə əvvəldən tanış olmadığını və hüquqları barədə yetərli məlumat almadığını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, bu açıqlama Maduro və onun vəkilinin dinləmədən əvvəl işi müzakirə etmək üçün kifayət qədər vaxtının olmadığını göstərə bilər.

Bundan əvvəl Nyu-York məhkəməsində Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı irəli sürülən ittihamların elan olunmasına başlanılıb.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelaya hərbi zərbələr endirib. Hücumlar zamanı paytaxt Karakasda və Fort Tiuna hərbi bazası ərazisində partlayışlar qeydə alınıb. ABŞ Prezidenti Donald Tramp əməliyyatı uğurlu adlandıraraq, Amerika qüvvələrinin Nikolas Maduronu və həyat yoldaşını saxladığını bəyan edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: