maduro petro

Venesuela Prezidenti Nikolas Maduroya qarşı iş üzrə ikinci məhkəmə iclası təxirə salınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Univision Noticias” məlumat yayıb.

“İkinci məhkəmə iclası 26 mart 2026-cı ildə Nyu-Yorkdakı federal məhkəmədə keçiriləcək”, – deyə bildirilib.

Qeyd edək ki, dinləmə 17 mart tarixinə planlaşdırılmışdı.

Məlumata görə, prokurorluq cədvəl və logistika məsələlərini əsas gətirərək bu addımı atıb və tərəflər razılığa gəlib.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: